HADİSƏ

Həftəsonu yol qəzalarında 5 nəfər ölüb

Dekabrın 10-11-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. Həftəsonu Azərbaycanda yol qəzalarında 5 nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 10-11-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 5 nəfər dünyasını dəyişib.