Azərbaycanlılar ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək üçün səhər saatlarından etibarən Fəxri xiyabana gedirlər.
Qeyd edək ki, liderin ölümündən 19 il ötür. Ölkə ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət nümayəndələri, hərbçilər hər il Fəxri xiyabana gəlirlər.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva xiyabana gələrək Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, dövlət başçısının sərəncamına əsasən 2023-cü il Azərbaycanda "Heydər Əliyev ili" elan edilib.