AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Liderlər üçtərəfli sazişlərin icrası, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası məsələlərini də müzakirə ediblər.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Bakı, İrəvan və Moskva arasında üçtərəfli sazişlərin icrasını müzakirə edib.
Rusiya və Azərbaycan prezidentləri sonuncu dəfə noyabrın 26 və 22-də telefonla danışıblar. Liderlər üçtərəfli sazişlərin icrası, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası məsələlərini də müzakirə ediblər.
"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr və bu il oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə olunub", - məlumatda deyilir.
Kreml məlumat verib ki, gələcək təmasların davam etdirilməsi barədə də razılıq əldə olunub.