Mətbuat mərkəzi

2022-ci ildə istehlak bazarı

Yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 113,8% təşkil edib.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. 2022-ci ildə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda istehlak inflyasiyası qlobal geosiyasi və geoiqtisadi turbulentlik səbəbindən ikirəqəmli hesablanıb.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 113,8% təşkil edib. Eyni zamanda, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bu göstərici 119,5%, qeyri-ərzaq məhsulları üzrə 108,3%, əhaliyə göstərilən pullu xidmətlər üzrə isə 110,4% təşkil edib.
İstehlakçı inflyasiyasının ərzaq bazarına təsiri, Yeni il bayramları üçün istehlak səbətinin maya dəyəri və növbəti ilin ilk aylarında ərzaq məhsullarının əsas növlərinin qiymətlərinin dinamikası haqqında dekabrın 1-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.