RUSİYA

Zaxarova Aİ-ni Kosovodakı vəziyyəti modelləşdirməkdə ittiham edib

O, Kosovo hakimiyyəti və Aİ-nin hərəkətsizliyi səbəbindən ölkənin müharibə astanasında olduğunu iddia edən Serbiyanın baş naziri Anna Brnabiçin fikirlərini şərh edib.
Sputnik
BAKI, 11 dekabr - Sputnik. Avropa İttifaqı (Aİ) illərdir Kosovodakı mövcud vəziyyəti modelləşdirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram"da paylaşıb.
O, Kosovo hakimiyyəti və Aİ-nin hərəkətsizliyi ucbatından ölkənin müharibə astanasında olduğunu iddia edən Serbiyanın baş naziri Anna Brnabiçin fikirlərini şərh edib.
“Yaxşı, niyə hərəkətsizdirlər. Aİ-nin illərdir modelləşdirdiyi vəziyyət məhz budur”, - Zaxarova yazıb.
Bundan əvvəl Kosovonun şimal hissəsində özünü elan etmiş respublikanın Daxili İşlər Nazirliyinin keçmiş polis zabiti Deyan Pantiç saxlanıldıqdan sonra serblər barrikadalar qurmağa başlayıblar. Bundan sonra Priştinadan olan polis xüsusi təyinatlıları bölgənin şimalına gətirilib. Kosovo Respublikasının polisi bildirib ki, dekabrın 11-nə keçən gecə bölgənin şimalında naməlum şəxslərlə üç atışma baş verib.