BAKI, 11 dekabr - Sputnik. Şirvanda ayrı-ayrı vətəndaşlardan oğurluq etməkdə, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinən Təbriz Cəfərov saxlanılıb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi başlanılıb.