BAKI, 11 dekabr - Sputnik. Serbiyanın baş naziri Ana Brnabiç “Beşlik” ölkələrini (ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya) və Aİ ölkələrini Kosovonun şimalındakı barrikadaların yığışdırılması ilə məşğul olmağa deyil, məsələnin mahiyyətini qavramağa çağırıb.
APA-nın xəbərinə görə, baş nazir bildirib ki, Kosovonun şimalındakı və Metoxiyadakı barrikadalar qanunsuz olduğun üçün yığışdırılmalıdır. Lakin barrikadadakı insanlar öz etirazlarını sakit tərzdə edirlər. Buna da diqqət yetirilməlidir. Aİ və "Beşlik" ölkələri öhdəsinə düşən işi yerinə yetirməlidir.