BAKI, 11 dekabr - Sputnik. Parisdə Mərakeş milli futbol komandasının azarkeşləri ilə polis arasında toqquşmadan sonra ən azı 42 azarkeş saxlanılıb.
Ötən gecə Mərakeş milli komandasının azarkeşləri Yelisey meydanına toplaşıb, dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya üzərində qələbəni qeyd ediblər. Bu zaman polislə toqquşma olub, polis gözyaşardıcı qaz tətbiq edib.
Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeş yığması yarımfinalda Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 14-də baş tutacaq.