BAKI, 11 dekabr - Sputnik. Rusiyanın düşmənləri Qərb dövlətlərində səngərlənib, ona görə də Moskva ən güclü silahların istehsal tempini artırır. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
"Bu, bizim üçün daha çətindir - düşmənimiz təkcə doğma Kiçik Rusiyanın Kiyev vilayətində deyil. O, Avropada, Şimali Amerikada, Yaponiyada, Avstraliyada, Yeni Zelandiyada və bir sıra başqa yerlərdədir. Buna görə də biz ən güclü silahların istehsalını artırırıq. O cümlədən yeni prinsiplərə əsaslanan silahların”, - o, Telegram kanalında yazıb.
Medvedev əlavə edib ki, zəhərli tüpürcəklərində boğulacaq rus soyadlı yalançı ukraynalı quduz mələklər onların düşməninin Qərbdən Vladivostoka qədər Rusiyanın sərhədləri daxilində yerləşdiyini iddia edir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bir müddət əvvəl bildirib ki, Kiyev Ukraynaya zərbələr endiriləcəyi təqdirdə hər şeyə, o cümlədən Rusiya ərazisinə zərbə endirməyə qadirdir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya qəhrəmanları ilə görüşündə demişdi ki, Rusiya Ukraynanın enerji infrastrukturunu vurur, lakin ilk zərbələri Krım körpüsünə endirənlər vurub.