RUSİYA

Moskva aeroportlarında güclü qar səbəbindən onlarla aviareys gecikir

Dekabrın 11-i Moskva vaxtı ilə saat 9:30-a olan məlumata görə, “Vnukovo” hava limanında dörd aviareys gecikib
Sputnik
BAKI, 11 dekabr - Sputnik. Rusiya paytaxtı Moskva şəhərinin aeroportlarında güclü qar səbəbindən onlarla aviareys təxirə salınıb.
“Report” xəbər verir ki, Moskvada güclü qar yağır və artıq qarın hündürlüyü 20 santimetrə qədər çatıb.
Dekabrın 11-i Moskva vaxtı ilə saat 9:30-a olan məlumata görə, “Vnukovo” hava limanında dörd aviareys gecikib, daha dörd aviareys təxirə salınıb. “Domodedovo” aeroportunda 44 aviareys gecikib, “Şeremetyevo”da 13 aviareys gecikib, iki aviareys təxirə salınıb.