BAKI, 11 dekabr - Sputnik. Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.
Bunu "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.