HADİSƏ

Bakıda zəncirvarı yol qəzası baş verib

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 11 dekabr - Sputnik. Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Sürət həddini aşan “Honda” markalı avtomobil “Mercedes”ə, “Nissan X-Trail”ə, daha sonra isə “Qazel” markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib, sürücülərdən biri isə ağır dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.