BAKI, 11 dekabr - Sputnik. Avropa ölkələri ukraynalı qaçqınları qəbul etməkdən yorulub, bəziləri qeyri-qanuni miqrantlarla mübarizə üçün daha sərt tədbirlərin görülməsinə çağırır. Bunu qərb analatikləri Emi Kazmin, Sem Fleminq və Rafael Minder “Financial Times” (FT) üçün yazdığı məqalədə qeyd ediblər.
Məqalə müəllifləri xüsusi əməliyyat başlayandan sonra ilk aylarda avropalıların Ukraynadan olan qaçqınları hərarətlə qəbul etdikləri halda, indi miqrantlara soyuqqanlı münasibət göstərməyə başladıqlarına diqqət çəkiblər. Onların fikrincə, buna Avropada inflyasiyanın artması və dövlət büdcələrinin ixtisarı səbəb olub.
Kazmin, Fleminq və Minder iddia edirlər ki, Aİ artıq böyük miqrant axınının öhdəsindən gələ bilməz. Bəzi ölkələr, o cümlədən İtaliya qeyri-qanuni miqrantların qarşısını almaq üçün daha sərt tədbirlər görməyə çağırır, Almaniya isə problemi həll etmək üçün qaçqınları bütün Avropaya yaymağı təklif edir, müəlliflər bildiriblər.