RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna bir gündə iki "Qrad" döyüş maşını və dörd PUA itirib - Rusiya MN

Ümumilikdə, xüsusi əməliyyat başlayandan 340-dan çox Ukrayna təyyarəsi, 180 helikopter, 2600 PUA, 390 zenit-raket kompleksi, 7000 tank və digər zirehli döyüş texnikası məhv edilib.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Rusiya qoşunları "DXR"də bir gündə Ukraynaya məxsus iki “Qrad” reaktiv yaylım atəşi sistemini məhv edib. Bu barədə şənbə günü Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə ABŞ istehsalı olan AN/TPQ-36 batareya əleyhinə mübarizə radarı da məhv edilib.
Nazirlikdən verilən məlumata görə, Rusiya əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyası gün ərzində 197 rayonda düşmənin 6 komanda məntəqəsini, atəş mövqelərində Ukrayna qoşunlarının 92 artilleriya bölməsini, eləcə də canlı qüvvəsini və hərbi texnikasını darmadağın edib.
"Rusiya hava hücumundan müdafiə qüvvələri "DXR"də bir gündə Ukraynanın 4 pilotsuz uçuş aparatını məhv edib və Zaporojye vilayətində HIMARS, Uraqan və Vilxa reaktiv yaylım atəş sistemlərinin 10 raketini vurub", - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, düşmənin Cənubi-Donetsk istiqamətində itkiləri 40 ukraynalı hərbçi, iki zirehli transportyor və dörd pikap olub.
Bildirilir ki, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri 341 Ukrayna təyyarəsi, 181 helikopter, 2647 pilotsuz uçuş aparatı, 392 zenit-raket kompleksi, 7049 tank və digər zirehli döyüş maşını, 926 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3672 sahə artilleriya qurğuları və minaatan, o cümlədən 7534 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.