RUSİYA

Qərbin Kiyevin silahlarının hədəfə tuşlanmasının hüquqi nəticələri olacaq - Nebenzya

Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya “beynəlxalq sülh və təhlükəsizlik üçün dünyanın müxtəlif regionlarında Ukraynaya tədarük edilən silahların qaçaqmalçılığının artmasının nəticələri” üzündən iclasın keçirilməsini tələb edib.
Sputnik
BAKI, 10 dekabr - Sputnik. ABŞ və digər ölkələrin Ukrayna silahlarının hədəfə tuşlanmasında iştirakının hüquqi nəticələri olacaq. Belə bir bəyanatla Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası dəqiq bilir ki, Ukraynada HIMARS qurğularının istismarında amerikalı mütəxəssislər iştirak edir və RYAS-lar ABŞ hərbi peyklərindən istifadə edərək hədəfə yönəlir.
"Və ABŞ-ın yerdəki hərbi personalı peyk və kəşfiyyat məlumatlarını əlaqələndirir, dəqiq koordinatları, RYAS proqramını yükləyir və qurğuların istifadəsinin effektivliyinə nəzarət edir", - deyə Nebenzya bildirib.

“Rusiyanın Dyagilevo və Engels strateji aerodromlarına ABŞ-ın peyk məlumatlarından istifadə edilməklə hücum olunduğu barədə məlumatlar var. Təkmilləşdirilmiş Tu-141 "Strij" Sovet pilotsuz təyyarələri ABŞ qlobal peyk sistemindən istifadə edilərək hədəfə yönəldilib", - deyə daimi nümayəndə bildirib.

“Əlbəttə, biz ABŞ və onun müttəfiqlərinin bütün bu cür cinayət əməllərini diqqətlə qeydə alırıq, onların hər kəs üçün konkret hüquqi nəticələri olacaq”, deyə diplomat bildirib.
Daha sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Kiyevə verilən silahların üçüncü ölkələrə qaçaqmalçılığı artmaqdadır
Diplomat Rusiyanın bu iclası tələb etməsi səbəbinin “beynəlxalq sülh və təhlükəsizlik üçün dünyanın müxtəlif regionlarında Ukraynaya tədarük edilən silahların qaçaqmalçılığının artmasının nəticələri” olduğunu bildirib.