PAYTAXT XƏBƏRLƏRİ

Obyektində ekoloji tələbləri pozan şəxs cərimələnib

Tədbir zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi Mədən küçəsində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması aşkar olunub.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 7-də keçirdikləri növbəti tədbir zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi Mədən küçəsində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması, həmçinin istehsalat və məişət tullantılarının qalaqlanması aşkar olunub.
Bu barədə Daxili İşlər Nazirliyinindən məlumat verilib.
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduğuna görə hüquqi şəxs Ə.Mehtiyev barəsində protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.