NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti dəyişdi

"Azeri Light" neftinin maksimal qiyməti isə 2008-ci ilin iyulunda qeydə alınıb - 149,66 ABŞ dolları.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,88% artaraq, 1 barelə görə 76,82 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,18% artaraq, 71,59 dollara bərabər olub.
Azərbaycan neftinə gəldikdə isə dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,42 ABŞ dolları və ya 1,82% artaraq, 79,49 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.