RUSİYA

Finlandiyadan Rusiya bayrağını yandıranları cəzalandırılmağı tələb edirik - XİN

Finlandiya tərəfinə mnasibətdə Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə diplomatik demarş edilib.
Sputnik
BAKI, 10 dekabr - Sputnik. Moskva Finlandiya hakimiyyətindən dekabrın əvvəlində Helsinkidə keçirilən kütləvi yürüşlər zamanı Rusiya bayrağını yandıran şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir. Bu barədə şənbə günü Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, dekabrın 6-da Helsinkidə Finlandiyanın Müstəqillik Gününə həsr olunmuş kütləvi yürüşlər zamanı “bir qrup şəxs Rusiya Federasiyasının dövlət bayrağını yandırıb”.
“Bununla əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyinin xətti ilə Finlandiya tərəfinə qarşı diplomatik demarş həyata keçirilib və onun zamanı bildirilib ki, Moskvada bu cür hərəkətlər ölkəmizin dövlət rəmzinin misli görünməmiş qəbuledilməz ləkələnməsi kimi qiymətləndirilir”, -deyə nazirlikdən bildirilib.
“Finlandiya hakimiyyətindən bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək və gələcəkdə belə ekstremist hiylələrin baş verməməsi üçün tədbirlər görmək tələb olunub”, - deyə Xarici İşlər Nazirliyindən əlavə edilib.