BAKI, 10 dekabr - Sputnik. Qətərdə keçirilən futbol üzrə dünya birinciliyində 1/4 final mərhələsində Niderland və Argentina yığmaları üz-üzə gəliblər.
Görüş "Lusail Aykonik" stadionunda keçirilib.
35-ci dəqiqədə Molina Cənubi Amerika təmsilçisini önə keçirib - 1:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, Lionel Messi 73-cü dəqiqədə penaltidən fərqlənib - 2:0.
83-cü dəqiqədə Vaut Veqhorst hesab arasındakı fərqi azaldıb - 2:1.
90+11-ci dəqiqədə Veqhorst özünün və komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib - 2:2. Əsas vaxt bu hesabla bitib.
Əıavə vaxtda qapılara qol vurulmayıb və məsələ penaltilərlə həll olunub.
Penaltilərdə daha dəqiq olan (4:3) Argentina yığması qalib gəlib.
Yarımfinalda Argentina millisi Xorvatiya yığması ilə qarşılaşacaq.
Oyun dekabrın 13-də "Lusail Aykonik" stadionunda baş tutacaq.