CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il ərzində 79 qadın qəsdən öldürülüb - dəhşətli rəqəmlər - VİDEO

Baş prokurorluq vətəndaşlara qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edir.
Sputnik
BAKI, 10 dekabr - Sputnik. Cari il ərzində qəsdən adam öldürmə hadisələri nəticəsində 79 qadın zərər çəkib. Bu barədə Baş Prokurorluğun qadınlara qarşı zorakılıq halları ilə bağlı ictimaiyyətə video müraciətində deyilir.
Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru, birinci dərəcəli hüquqşünas Aynur Əfəndiyeva qadınlara qarşı psixi və fiziki zorakılığın sağlam cəmiyyət üçün təhdid olaraq qaldığını deyib:
"Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır. Susaraq cinayətə ortaq olmayın! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur", - deyə müraciətdə qeyd olunub.