CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazda göbələk turşusundan zəhərlənmə baş verib

Kənd sakini, 78 yaşlı Roza Nemətova və 43 yaşlı Çimnaz Ağayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Xaçmazda iki nəfər göbələk turşusundan zəhərlənib.
Hadisə rayonun Şimal qəsəbəsində qeydə alınıb. Kənd sakini, 78 yaşlı Roza Nemətova və 43 yaşlı Çimnaz Ağayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məlumat üçün bildirək ki, ötən ay ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 900 nəfər müraciət edib.
Qəbul olan xəstələrdən 73-ü dərmandan, 18-i sirkə turşusundan, 7-si dəm qazından, 9-u alkoqollu içkidən, 6-sı göbələkdən, 6-sı botulizmdən zəhərlənib.