Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "RİA Novosti"yə verilən məlumata görə, "MEQA Ximki" ticarət mərkəzindəki yanğın 7 min kvadratmetr sahədə lokallaşdırılıb. "MEQA Ximki" ticarət mərkəzindəki "OBI" mağazasında baş verən yanğını söndürülüb. Geriyə insanları şoka salan mənzərələr qalıb.
Yanğın cümə günü səhər Moskva vilayətindəki "MEQA Ximki" ticarət mərkəzindəki "OBI" mağazasında başlayıb. Dam örtüyünün 150 metr sahəsi yanıb. Moskvaətrafı FHN baş idarəsində yanğının mürəkkəbliyinə görə beş səviyyədən dördüncü olduğu bildirilib.
"Saat 08:25-də 7 min kvadratmetr sahədə yanğın lokallaşdırıldı", - deyə mətbuat xidmətindən bildiriblər.
Onun sözlərinə görə, ticarət mərkəzində baş verən yanğın nəticəsində bir nəfər ölüb.
"Damın uçması və oksigenin ani çıxışı səbəbindən güclü konvektiv cərəyanlar əmələ gəlib. Nəticədə yanğın sürətlə geniş əraziyə yayılıb", - deyə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi "RİA Novosti"yə bildirib.
Yanğının söndürülməsinə 70-dən çox canlı qüvvə və 20 texnika cəlb olunub.