BAKI, 9 dekabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Aİİ, ŞƏT və BRİKS-in birgə sammitinin ayrı-ayrı ASEAN dövlətlərinin iştirakı ilə keçirilməsini təklif edib.
"ŞƏT, BRİKS kimi inteqrasiya birliklərinin rolu artır. Bizim birliyimiz də onlarla ayaqlaşmalıdır. Üstəlik, mən hesab edirəm ki, Aİİ, ŞƏT və BRİKS-ə üzv ölkələrin sammitini keçirməyin vaxtı çatıb", - Lukaşenka bu barədə cümə günü Bişkekdə Aİİ sammitində bildirib.
Onun sözlərinə görə, ittifaqların üzvü olan ölkələr Aİİ üzvlərinin "müxtəlif mədəniyyətlərə, baxışlara, siyasi sistemlərə hörmətlə yanaşmağın zəruriliyi haqqında düşüncələrini bölüşürlər.
"Ola bilsin ki, bəzi ASEAN dövlətləri də belə bir görüşdə iştirak etmək istəsinlər", - Belarus lideri bildirib.
Lukaşenko belə bir sammitin gündəliyində duran əsas məsələlərin dövlətlər arasında təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq olduğunu deyib.
Qarşılıqlı ticarətdə maneələrə yox!
Belarus prezidenti hesab edir ki, Aİİ-də qarşılıqlı ticarət üçün heç bir maneə olmamalıdır: "Bizim İttifaqımızın mahiyyəti bundan ibarətdir".
Onun sözlərinə görə, bu, milli bazarların zəruri idxalla təmin edilməsi problemini həll edəcək və strateji əhəmiyyətli malların, ilk növbədə, ərzaq məhsullarının ixracında fəaliyyəti əlaqələndirəcək.
"Amma bu gün reallıq ondan ibarətdir ki, biz milli səviyyədə qəbul edilən qərarların nəticələri ilə mübarizəni davam etdiririk. Ya biz ixrac üçün ağac ixrac edə bilmirik, ya da beynəlxalq avtomobil daşıyıcılarının keçməsinə icazə vermirik. Nəticədə qarşılıqlı məqbul həll yollarının axtarışı uzanır. Bəzən görüşlər çox olur, qərarlar az", - deyə Belarus lideri gileylənib.
Lukaşenko ən müasir sənaye sahələrinin, gələcəyin sənayelərinin yaradılması üzrə birgə layihələrin həyata keçirilməsinə real çıxışın tez bir zamanda təmin edilməsinin və Aİİ-nin strateji inkişaf istiqamətlərinə ciddi diqqət yetirilməsinin zəruriliyini qeyd edib.
Sanksiyalar başa çatmaq üzrədir
Lukaşenko hesab edir ki, Qərbin Rusiya Federasiyası və Belarusa qarşı cılız iqtisadi sanksiyaları səngiməyə başlayır.
"Qadağan edilə və məhdudlaşdırıla bilən hər şeyi, hətta öz zərərlərinə olsa belə, bizim tərəfdaşlarımız artıq edib. İndi onların dərk etmə və nəticələri qiymətləndirmə vaxtıdır", - Belarus prezidenti bildirib.
Onun sözlərinə görə, bu vəziyyətdə əsas odur ki, vətəndaşların rifah səviyyəsinin aşağı düşməsinə imkan verilməyib.
"Bu, digər şeylərlə yanaşı, xarici təzyiqlərə qarşı mübarizə və Aİİ-nin milli iqtisadiyyatlarının sabitliyini təmin etmək üzrə birgə tədbirlərimiz sayəsində əldə edilib. Aİİ çərçivəsində qəbul edilmiş qərarlar sanksiyalar təzyiqinin mənfi təsirini əhəmiyyətli dərəcədə azaldıb və ölkənin mühüm sektorlarını dəstəkləyib", - Belarus lideri qeyd edib.
Cümə günü Bişkekdə Avrasiya İqtisadi İttifaqının ali orqanı olan Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir. Şura Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarından və üzv dövlətlərin hökumət başçılarından (öz dövlətinin qanunvericiliyinə uyğun olaraq) - Rusiya Federasiyası, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan ibarətdir.