RUSİYA

Zelenski bilir ki, istəsə, Ukraynada hərbi əməliyyatlar sabah bitə bilər - Peskov

Ukraynada münaqişənin dayandırılması ilə bağlı ciddi təklif olarsa, Rusiya danışmağa hazırdır.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Volodimir Zelenski bilir ki, istəsə, Ukraynada hərbi əməliyyatlar sabah bitə bilər. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada münaqişənin dayandırılması ilə bağlı ciddi təklif olarsa, Rusiya danışmağa hazırdır. Eyni zamanda o vurğulayıb ki, belə bir təklifdə Rusiyanın maraqları nəzərə alınmalıdır.
Peskov jurnalistlərə Zelenskinin münaqişə ilə bağlı bəyanatını şərh edərkən deyib ki, bütün bunların bitəcəyi zaman barədə əlinizdən gələn qədər danışa bilərsiniz: "Zelenski bunun nə vaxt bitəcəyini bilir, istəsə, sabah da bitə bilər".
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.