RUSİYA

Zaxarova ABŞ-ın planlarını ifşa etdi: 2025-ci ilin sonuna qədər...

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ mediası artıq "Ağ Ev - Kiyev - Ağ Ev" korrupsiya marafonunun təfərrüatlarını öyrənir.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. ABŞ Ukraynada münaqişəni ən azı 2025-ci ilin sonuna qədər qızışdırmağı planlaşdırır. Bu barədə Vaşinqtonun heç kimdən gizlətmədiyi sənədlərdən nəticə çıxarmaq olar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Vaşinqton ən azı 2025-ci ilin sonuna qədər Ukraynada hərbi əməliyyatları qızışdırmağı planlaşdırır - onlar özləri bunu heç kimdən gizlətmədikləri sənədlər əsasında edirlər", - Zaxarova cümə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ mediası artıq "Ağ Ev - Kiyev - Ağ Ev" korrupsiya marafonunun təfərrüatlarını öyrənir:
"Bu, həm də ABŞ prezidenti Co Bayden administrasiyasının Konqresin 2023-cü il büdcəsinə Kiyevə 37 milyard dollar məbləğində əlavə yardımın daxil edilməsini istədiyini göstərir. Yardımların böyük hissəsi Ukrayna ordusunun ehtiyaclarına sərf olunacaq. Yardımlardan hansının Avropa, dünya banklarında və özəl fondlarda yerləşdiriləcəyinə qərar veriləcək".
"ABŞ höumətinin "Raytheon" şirkəti ilə Kiyev üçün hava hücumundan müdafiə sistemlərinin alınması məqsədilə noyabrın sonunda bağlandığı və 3 il müddətinə hesablanmış 1,2 milyard dollarlıq müqavilə də eyni məntiqə uyğundur", - deyə Zaxarova qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.