BAKI, 8 dekabr — Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edəcək.
Bunu diplomat "Twitter"də yazıb.
T.Klaar bu gün Ermənistanın paytaxtı İrəvanda bir sıra görüşlər keçirəcəyini bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılıb.