AZƏRBAYCAN XƏBƏRLƏRİ

Şuşaya turist səfərləri təşkil olunacaq

Agentlik sədri bildirib ki, hazırda işğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. "Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı deyib. O bildirib ki, məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır:
"Hazırda işğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".
Qeyd edək ki, 2025-ci ilə qədər Qarabağa bir milyona yaxın turistin səfəri gözlənilir. "Yolumuz Qarabağadır" layihəsi çərçivəsində artıq bir neçə marşrut təqdim edilib. Bunun üçün xüsusi dəhlizlər yaradılacaq. Təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş dəhlizlər vasitəsilə səfərlər baş tutacaq. Səfərlər öncə daxili turizm üçün nəzərdə tutulub.