BAKI, 8 dekabr — Sputnik. Almaniya Nazirlər Kabinetinin özünümüdafiə çərçivəsində Ukraynanın Rusiya ərazisinə hücumlarının mümkünlüyü ilə bağlı açıqlamaları Kiyevi ölkəyə qarşı yeni hücumlara təşviq edir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.
“Şübhəsiz ki, təşviq olunur və bu cür açıqlamalar bu çətin dövrü uzadır və problemin həllinə kömək etmir”, - deyə Peskov jurnalistin sualına cavab verərkən bildirib.
Bu yaxınlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə danışıqlarda bildirib ki, Rusiyanın Dyagilevo və Engels strateji hava limanlarına hücumlar nüvə təhlükəsizliyi üçün ciddi risklər yarada bilər.
Dekabrın 5-də Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Ryazan vilayətindəki Dyagilevo və Saratov vilayətindəki Engels hava limanlarına PUA-larla zərbə endirmək cəhdi nəticəsində bölgədə 3 rusiyalı əsgər həlak olub, 4 nəfər isə yaralanıb.