RUSİYA

Ermənistan müdafiə naziri Rusiyaya niyə gedib?

Noyabrın 24-də Ermənistan və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu arasında KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə nazirləri və Təhlükəsizlik Şuraları katiblərinin birgə iclasından sonra qısa söhbət olub.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfərə gedib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşü gözlənilir.
Nazirin digər görüşlərinin təfərrüatları və cədvəli barədə məlumat verilmir.
Qeyd edək ki, noyabrın 24-də Ermənistan və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu arasında KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə nazirləri və Təhlükəsizlik Şuraları katiblərinin birgə iclasından sonra qısa söhbət olub.
Papikyanın verdiyi məlumata görə, Şoyqu ilə söhbət zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.