AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda iki rayona polis rəisi təyin edilib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Qubadlı RPŞ-nin rəsi və Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini dəyişib.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda iki rayona - Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) rəis təyin edilib.
Məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Qubadlı RPŞ-nin rəsi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub.
Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunaraq Qubadlı RPŞ-nə rəis təyin edilib.