RUSİYA

Aİİ ölkələrinin iqtisadi vəziyyəti necədir?

Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç Aİİ ölkələrinə investisiyaların artdığını qeyd edib.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin iqtisadiyyatları böhrana baxmayaraq inkişaf edir.
Bunu cümə axşamı Bişkek İnvestisiya Sammitində Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç bildirib.
"Ölkələrimizin iqtisadiyyatları davamlı şəkildə inkişaf edir. Böhrana baxmayaraq, biz aktiv artım görürük", - deyə o, qeyd edib.
AİK Kollegiyasının sədrinin sözlərinə görə, beynəlxalq reytinq agentlikləri Aİİ ölkələrinin iqtisadi tənəzzülünü 10%-ə qədər proqnozlaşdırıblar.
"Onlar səhv etdilər, bu, xoşdur" – deyə o, bildirib.
Myasnikoviç çıxışında Aİİ ölkələrinə investisiyaların artdığını da qeyd edib.
"AİK biznesin maraqlarına çox diqqət yetirir və ölkələrimizə sərmayə qoyuluşunu cəlb etməyə davam edəcək", - deyə o, əlavə edib.