MƏDƏNİYYƏT

Özbəkistan teatrı Bakıda uğurla çıxış edib – foto

Özbək aktyorları Bakıda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində məşhur "Qaynana" tamaşasını nümayiş ediblər.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının Bakıda qastrol səfəri başa çatıb. Özbək aktyorları Bakıda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Məcid Şamxalovun əsəri əsasında səhnələşdirilmiş məşhur "Qaynana" tamaşasını nümayiş ediblər.
Bakıda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Məcid Şamxalovun əsəri əsasında səhnələşdirilmiş məşhur "Qaynana" tamaşasını nümayiş ediblər
Tamaşanın rejissoru - Əsgər Əsgərov, rəssamı - Bəhram Safoyev, musiqi tərtibatçısı - Sevda Əliyeva, rejissor köməkçisi - Feruzbek Abduraimovdur.
Tamaşada baş rolu Özbəkistanın əməkdar artisti, "Dustlik" ordenli Gülbahar Məmmədova oynayıb.
Bakıda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Məcid Şamxalovun əsəri əsasında səhnələşdirilmiş məşhur "Qaynana" tamaşasını nümayiş ediblər
Süjet adi ailə münaqişəsi - qayınana ilə gəlin arasındakı fikir ayrılıqları üzərində qurulub.
Tamaşanın sonunda Azərbaycan Mədəniyyət Nazirliyinin teatr sektorunun müdiri Emin Əliyev Özbəkistan teatrının direktoru Batır Tuqalova nazir Anar Kərimovun imzası ilə "Fəxri diplom" təqdim edib.
Bakıda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Məcid Şamxalovun əsəri əsasında səhnələşdirilmiş məşhur "Qaynana" tamaşasını nümayiş ediblər
Həmçinin iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərovun da xidmətləri mükafatlarla təltif olunub.
Xatırladaq ki, bu ilin yayında Azərbaycanın Əməkdar incəsənət xadimi Əsgər Əsgərov Avrasiya Teatr Birliyinin dəvəti ilə Özbəkistanda Kattakurqan Şəhər Dram Teatrı üçün "Qaynana" tamaşasını səhnələşdirib.