CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On bir yaşlı qızı maskalı şəxslər qaçırmağa cəhd ediblər

Azyaşlının hazırda təhlükəsiz şəraitdə, ailəsinin yanında olduğu bildirilir.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Abşeron rayonunda 11 yaşlı qızın zorla maskalı şəxslər tərəfindən qaçırılmasına cəhd edilib. Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. Belə ki, hadisənin dörd nəfər maskalı şəxs tərəfindən törədildiyi bildirilir. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı azyaşlının valideynləri "102" Xidməti Zəng Mərkəzinə məlumat veriblər:
"Məlumat Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə yönləndirilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir".
Qeyd edək ki, azyaşlı qız hazırda təhlükəsiz şəraitdə, ailəsinin yanındadır (oxu.az).
Xatırladaq ki, bir müddət öncə də bənzər hadisə baş vermişdi. Bənzər hadisə də Mehdiabadda məktəblərin biinin qarşsında qeydə alınmışdı.