"Biz bu görüşdən öncə Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşünü diqqətdən kənara qoya bilmərik. İstisna olunmur ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ilin sonuna qədər də görüşü baş tuta bilər. Bu o deməkdir ki, həm sülh müqaviləsi, həm sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı tənqidlərə baxmayaraq, işlər gedir".
"Burada əsas iki platforma – Moskva və Vaşinqton ortaya çıxır. Vaşinqtonda daha çox sülh müqaviləsinin hazırlanıb imzalanmasına üstünlük verilir. Amma bölgədə Rusiyanın mövcudluğu nəzərə alınmalıdır. Biz bilirik ki, Rusiyanın Ermənistanda mövcudluğu özünü daha qabarıq şəkildə göstərir. Bu ölkənin sərhədlərinin mühafizəsini Rusiya hərbçiləri həyata keçirir, eyni zamanda Ermənistan dəmiryolları Rusiyanın nəzarətindədir. Belə olan halda sərhəd məsələləri, kommunikasiyaların açılması məsələlərinin həlli Rusiyanın iştirakını vacib edir. Amma Avropa İttifaqının bu prosesdə olub-olmaması o qədər də əhəmiyyətli deyil".
"Bu baxımdan Moskvada üç ölkənin baş nazirlərinin müavinlərinin keçirilmiş görüşlərinin münasibətlərin normallaşdırılması baxımından müsbət təsir göstərəcəyinə inanıram. Əgər münasibətlərin normallaşması prioritet olaraq elan edilibsə, bu baxımdan görüşlərin tez-tez keçirilməsi labüddür. Ümumiyyətlə bu görüşlər nəticəli olmalıdır".