RUSİYA

Kolumbiya vətəndaşına casusluğun yolverilməzliyi barədə xəbərdarlıq edilib

Rusiya FTX Kolumbiya vətəndaşına casusluq maddəsi ilə hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edib.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Kolumbiya vətəndaşı Xiraldo Saray Alberto Enrikeyə Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsində casusluqla bağlı nəzərdə tutulan hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edib. Bu barədə Rusiya mediası xəbər verib.
Əcnəbi Ukraynada xüsusi əməliyyatla bağlı qəsdən yalan məlumatların yayılması barədə cinayət işi üzrə təqsirləndirilən şəxs statusuna malikdir. O etiraf edib.
Dekabrın 5-də Rusiya İstintaq Komitəsi kolumbiyalının işi üzrə istintaqın başa çatdığını elan edib. Mütəxəssislər onun digər müttəhimlərlə yazışmalarını araşdırıblar və onların ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə əlaqəli olan Amerikanın "Digital Humanity" təşkilatı üçün işlədiklərini öyrəniblər. Qruplaşma Moskvanın 2020-ci il ABŞ prezident seçkilərinə müdaxiləsini təqlid edib.