İQTİSADİYYAT

Dövlət Xidməti "Aztelekom" və "Baktelecom"a qarşı iş qaldırıb

Özəl internet provayderlərinin tariflərində olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər
Sputnik
BAKI, 7 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom""Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lər barədə bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırıb.
Bu barədə Dövlət Xidməti məlumat verir.
Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmaları davam etdirir.
Adları çəkilən rabitə müəssisələrində müşahidə olunan qiymət artımlarının antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb.
Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub. Belə ki, özəl internet provayderləri tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.