DÇ-2022

DÇ-2022: Portuqaliya millisinin parlaq qələbəsi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın sonuncu iştirakçısı məlum olub.
Sputnik
BAKI, 7 dekabr - Sputnik. Futbol üzrə dünya çempionatında 1/8 finalın qarşılaşmaları başa çatıb.
Sonuncu olaraq, Qətərin "Lusail Aykonik" stadionunda Portuqaliya və İsveçrə milliləri üz-üzə gəliblər.
Oyunun 17-ci dəqiqəsində Qonsalu Ramuş portuqalları irəli çıxarıb - 1:0. 33-cü dəqiqədə Pepe 2-ci qolu isveçrəlilərin qapısından keçirib - 2:0. Birinci hissə bu hesabla qurtarıb.
İkinci hissədə, 51-ci dəqiqədə Qonsalu Ramuş dublunu rəsmiləşdirib - 3:0. 55-ci dəqiqədə Rafael Gerreyru 4-cü qolu isveçrəlilərin qapısından keçirib - 4:0.
58-ci dəqiqədə isveçrəli Manuel Akanci buraxılan toplardan birinin əvəzini çıxıb - 4:1. 67-ci dəqiqədə isə Qonsalu Ramuş het-trik edib - 5:1. 90+2-də isə Rafael Leao 6-cı qolu İsveçrənin qapısından keçirib - 6:1. Oyun bu hesbla bitib.
1/4 finalda Portuqaliya Mərakeş millisi ilə rastlaşacaq. Oyun dekabrın 10-da "Əl-Tumama" stadionunda olacaq.