BAKI, 7 dekabr — Sputnik. İki ildir ki, uğurla həyata keçirilən Milli Ulduz Təsnifatına indiyədək 150 hotel müraciət edib, 100-ə yaxın hotelin təsnifatı başa çatıb, onlardan isə cəmi 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.
Bunu Azərbaycan Hotel Assosiasiyasının 5-ci Assambleyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Ulduz kateqoriyası əldə etmək üçün edilən müraciətlərin çox az bir hissəsinin qoyulan tələbləri ödədiyini qeyd edən Agentlik sədri bunların içərisində çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin çoxluq təşkil etdiyini əlavə edib.
F.Nağıyev qeyd edib ki, ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə töhfə verəcək.
Nazirlər Kabinetinin təsdiqlədiyi turizm reyestrində yerləşmə vasitələrində yerləşmə vasitəsinin növü, otaqların sayı (hər bir təsnifat üzrə), çarpayıların sayı, mehmanxanalara (hotellərə) münasibətdə, həmçinin ulduz kateqoriyası barədə məlumat da yer alması öz əksini tapıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda 5 ulduz alan hotellər bunlardır:
Ayan Palace
Baku Marriot Hotel Boulevard
Faimont Baku Flame Towers
Four Seosons Hotel Baku
Hilton Baku
Hyatt Regency Baku
Inter Continental Baku
Marxal Resort &Spa
Qalaaltı Hotel&Spa
Quba Palace Hotel
Sheraton Baku İntourist
JW Marriot Absheron Baku
4 ulduzlu hotellər:
Courtyard by Marriot Baku
Dreamland Golf Hotel
Park İnn by Radisson Baku Hotel
The Merchant Baku
Vogue Hotel