AZƏRBAYCAN XƏBƏRLƏRİ

Səfirliyin açılması İsraildən Azərbaycana investisiyaları artıracaq

İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, səfirliyin açılması İsraildən Azərbaycana investisiyaları artıracaq
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı tarixi qərarından çox məmnunuq.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
"Bu, ilk növbədə bütün dünyaya mesajdır ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır. Digər tərəfdən səfirliyin açılması Azərbaycanın İsraildə hökumət və siyasət qurucuları, eyni zamanda özəl sektorla təmasların artmasına təsir edəcək. Bu, eyni zamanda İsraildən Azərbaycana investisiyaları, o cümlədən texnologiya idxalını artıracaq" - deyə İsrail səfiri qeyd edib.
O, həmçinin əlavə edib ki, səfirliyin açılması bütün region ölkələrinə İsrail-Azərbaycan dostluğunun davamlığı olacağı mesajıdır.
Xatırladaq ki, bir neçə gün öncə ölkə başçısı Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. (APA)