BAKI, 6 dekabr — Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin Silahlı Qüvvələrin təchizatı üzrə istehsal proseslərində texnoloji maneələrin aradan qaldırılmasını tələb edib.
Bu barədə Rusiya mediası xəbər verib.
"İşçi qruplarının koordinatorları sənaye müəssisələrinin rəhbərləri ilə birlikdə Şuramız çərçivəsində birinci ayın nəticələrini təhlil etməli, istehsal proseslərində qalan texnoloji maneələri aradan qaldırmalıdırlar", - deyə Mişustin Silahlı Qüvvələrin Təminatı üzrə Koordinasiya Şurasının iclasında bildirib.
"Xatırlatmaq istərdim ki, həm vəzifəli şəxslər, həm də hökumətdəki kuratorlar xüsusi hərbi əməliyyatın dəstəklənməsinin hər istiqamətinə görə şəxsən məsuliyyət daşıyırlar", - deyə Rusiyanın Baş naziri əlavə edib.