DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Macarıstan Aİ-nin Ukraynaya 18 milyardlıq yardım paketini blokladı

İndi Brüsseldə siyasi birliyin 26 üzvü yanvarda Macarıstanın bu prosesdə iştirakı olmadan Aİ-nin ümumi xətti ilə Ukraynaya yardım göstərə bilmək üçün imkanlar axtaracaqlar.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Macarıstan veto hüququndan istifadə edərək Avropa Komissiyasının Ukraynaya 2023-cü il üçün təklif etdiyi Aİ-nin 18 milyard avroluq makromaliyyə yardım paketini bloklayıb. Bu barədə EFE agentliyi xəbər verir.
Çexiyanın maliyyə naziri Zbıneka Stanyura deyib ki, yardım paketini qəbul edə bilmədik, lakin bundan imtina etməyəcəyik: "Məqsədimiz yanvarın əvvəlində Ukraynaya yardım göstərməyə başlamaqdır".
Agentlik qeyd edir ki, indi Brüsseldə siyasi birliyin 26 üzvü yanvarda Macarıstanın bu prosesdə iştirakı olmadan Aİ-nin ümumi xətti ilə Ukraynaya yardım göstərə bilmək üçün imkanlar axtaracaqlar.
Macarıstan əvvəllər dəfələrlə bu yardım paketini dəstəkləməyəcəyini bildirib. Əvəzində Budapeşt bütün Aİ üzvlərini ikitərəfli razılaşmalar vasitəsilə Ukraynaya kömək etmək üçün öz büdcələrindən vəsait istifadə etməyə dəvət edib. O cümlədən, Macarıstan hökuməti Ukraynaya maliyyə yardımında iştirak etmək üçün 187 milyon avro ayırmağa qərar verib, lakin bu vəsait Aİ-nin vahid planı çərçivəsində deyil, milli büdcədən ayrılacaq.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.