İQTİSADİYYAT

Elektron kənd təsərrüfatının qurulma prosesi tam başa çatıb

Kənd təsərrüfatı istehsalçıları ilə Kənd Təsərrüfatı Nazirliyi arasında münasibətlər elektron sistem üzərindən həyata keçirilir
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Azərbaycanda elektron kənd təsərrüfatının qurulması tam başa çatdırılıb.
"APA-Economics" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.
"Bu gün kənd təsərrüfatında elə bir subsidiya tətbiqi yoxdur ki, elektron kənd təsərrüfatı üzərindən verilməsin. İstisnasız olaraq, kənd təsərrüfatı istehsalçları ilə Kənd Təsərrüfatı Nazirliyi arasında münasibətlər elektron sistem üzərindən həyata keçirilir", - deyə qurum rəhbəri bildirib.
Qeyd edək ki, artıq yeni subsidiyalar alternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən verilir.