DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Bloomberg": Avropanı elektrik kəsintilərindən bir neçə Selsi dərəcə ayırır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Avropa liderləri öz siyasətləri ilə Aİ-ni böhrana sürükləyiblər.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Enerji qiymətləri son dərəcə yüksək olaraq qalan Avropanı elektrik kəsintilərindən bir neçə Selsi dərəcə və ya bir neçə küləksiz gün ayırır.
"Bloomberg"in köşə yazarı Xavyer Blas belə hesab edir.
O qeyd edib ki, ekspertlər "Dunkelflaute" ssenarisini, yəni günəş və külək elektrik enerjisinə az miqdarda tələbat olduğu, temperaturun aşağı olması səbəbindən isə yüksək tələbatın olduğu dövrü Avropa üçün qorxulu ssenari hesab edirlər. Xavyer Blasın sözlərinə görə, bəzi meteoroloqlar söylənilənin bu və ya gələn həftə baş vermə ehtimalının yüksək olduğunu düşünürlər. Bu, elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.
Şərhçi əlavə edib ki, əsas problem həm də qışın yeni başlamasındadır.
Bundan əvvəl Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində enerji böhranı fonunda fövqəladə vəziyyətin tətbiq edildiyi bildirilib. Regional administrasiya enerji böhranı ilə mübarizə üçün 5 milyard avro məbləğində yeni borc öhdəlikləri götürməyi planlaşdırır, lakin büdcəyə daxil olduğundan daha çox pul xərclənməsinə qadağa qoyulduğu üçün bu, mümkün deyil.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Avropa liderləri özləri apardıqları siyasətlə Aİ-ni böhrana sürükləyiblər. Onun sözlərinə görə, indi onlar yalnız öz vətəndaşlarını bunun öz maraqlarına uyğun olduğuna inandırmalıdırlar.