MƏDƏNİYYƏT

Azərbaycanda Özbəkistan Kinosu Günləri keçiriləcək

Dekabrın 8-i saat 17:00-da "Maksud Şeyxzoda" filminin, 18:00-da isə "101-ci uçuş" filminin nümayişi gözlənilir
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Özbəkistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, dekabrın 7-də saat 18:00-da "Nizami" kinoteatrında Özbəkistan Kinosu Günlərinin açılışı olacaq. Həmin gün tamaşaçılara "Əbədi dostluq və qardaşlıq" filmi nümayiş etdiriləcək.
Bundan əlavə, dekabrın 8-i saat 17:00-da "Maksud Şeyxzoda" filminin, 18:00-da isə "101-ci uçuş" filminin nümayişi gözlənilir.
Dekabrın 9-u saat 14:00-da "Baron 2" filmi, saat 19:00-da isə "Qadın taleyi" filmi göstəriləcək.
Giriş pulsuzdur.