Mətbuat mərkəzi

2022-ci ildə ölkənin turizm sənayesi

Azərbaycana səfər edən əcnəbi vətəndaşların siyahısında rusiyalılar 27,4% təşkil etməklə liderdilər.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Əksər müşahidəçilərin fikrincə, uzun müddət davam edən COVID məhdudiyyətləri dövründən sonra 2022-ci il ölkənin turizm sənayesinin bərpa olunduğu il olub.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər etmiş əcnəbi vətəndaşların sayı 1,3 milyon nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Azərbaycana səfər edən əcnəbi vətəndaşların siyahısında rusiyalılar 27,4% təşkil etməklə liderdilər. Ölkəyə səfərlərdə həmçinin Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşları da üstünlük təşkil ediblər.
Pandemiyadan sonra sənayenin necə bərpa olunduğu, 2022-ci ildə ölkədə hotel və restoran biznesi sahəsində baş verən yeni tendensiyalar və layihələr haqqında dekabrın 6-da, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.