BAKI, 6 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
***
Dekabrın 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğın məhdudlaşdırılıb, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
***
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.
Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.
***
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb ediliblər.
Hazırda yanğınsöndürmə işləri aparılır.