BAKI, 5 dekabr — Sputnik. Avropa narkotiklərlə mübarizədə "təslim olub" və bu, tədarükün artımını və konkret təchizat mexanizminin formalaşmasını stimullaşdırır. Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
"Biz narkotik vasitələrin satış mexanizmlərini aradan qaldırmaq istəyirik. Avropa narkotiklərlə mübarizədə təslim olub. Demək olar ki, hər bir ölkədə narkotik vasitələr liberallaşdırılıb, bunların satıldığı yerlər açıqdır, bu da nəzarət edilən mexanizmdən istifadə etməklə narkotik tədarükünün artımını stimullaşdırır", - deyə "CNN Türk" televiziya kanalı nazirin sözlərini sitat gətirib.
Süleyman Soylunun sözlərinə görə, "Türkiyə narkotik vasitələrin tədarükü ilə mübarizədə bütün dünya üçün nümunədir".