RUSİYA

İran Rusiyanın daha üç limanına mal ixrac etməyə başlayıb

Rusiya və İran bayraqları, arxiv şəkli
İki ölkə arasında əldə olunan razılaşmalara əsasən, İran müntəzəm konteyner daşıma xətlərini işə salıb. Bu da reyslərin müddətini azaltmağa və yüklərin boşaldılması və yüklənməsi sürətini artırmağa imkan verib.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. İran hökumətinin Rusiya və digər Xəzəryanı ölkələrlə xarici ticarəti inkişaf etdirmək siyasətinə uyğun olaraq, İran Respublikasının gəmiçilik şirkəti tədarük marşrutlarını şaxələndirir. Belə ki, bundan sonra Rusiyanın Solyanka limanından başqa, Mahaçqala, Olya və VTS limanları İranın Rusiya ilə ixrac istiqaməti üçün təyin olunub. Bu barədə İran KİV-i xəbər verib.
Qeyd olunur ki, İran gəmiçilik şirkəti bu qərarı yükləmə-boşaltma əməliyyatlarını sürətləndirmək və ölkənin gəmilərinin Rusiya limanlarına daxilolmalarının sayını artırmaq məqsədilə bu qərarı qəbul edib.
Bununla əlaqədar, tərəflərin danışıqları və məsləhətləşmələri zamanı bu limanların bütün imkanlarından istifadə etmək, böyük həcmdə tranzit və ixrac yüklərinin daşınması üçün əlavə imkanların verilməsi barədə qərar qəbul edilib.
İran və Rusiya arasında əldə olunan razılaşmalara əsasən, İran müntəzəm konteyner xətlərini işə salıb. Bu da reyslərin müddətini azaltmağa və yüklərin boşaldılması və yüklənməsi sürətini artırmağa imkan verib.
Xatırladaq ki, bu yaxınlarda İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bildirib ki, İran yaxın gələcəkdə Rusiya ilə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı gözləyir.