RUSİYA

Putin partladılmış Krım körpüsünə baş çəkib

Kremlin sözçüsü Dmitri Peskovun dediyinə görə, Krım körpüsünə səfəri zamanı Putin bildirib ki, Krıma Rusiya Federasiyasının yeni regionlarından keçən quru yolu olduqca əhəmiyyətlidir.
Sputnik
BAKI, 5 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin payızda partlayışın baş verdiyi Krım körpüsünə şəxsən baxış keçirib.
RİA Novosti-nin xəbərinə görə, Putin Rusiya Baş nazirinin müavini Marat Xusnullinin məruzəsini dinləyərkən hadisə yerinə gəlib və avtomobillə körpüdən keçib.
Xusnullin bildirib ki, 6-7 ay ərzində körpünün dəmir yolu hissəsində ikinci yolun bərpası nəzərdə tutulur.
Kremlin sözçüsü Dmitri Peskovun dediyinə görə, Krım körpüsünə səfəri zamanı Putin bildirib ki, Krıma Rusiya Federasiyasının yeni regionlarından keçən quru yolu olduqca əhəmiyyətlidir.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobil yolu hissəsində yük maşını partladılıb, nəticədə Krım yarımadası istiqamətində hərəkət edən qatarın yeddi yanacaq sisterni alışıb.
Körpünün iki avtomobil yolu zolağının qismən çökməsi baş verib. Bundan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Faktla bağlı Rusiya Federasiyasının İstintaq Komitəsində (İK) cinayət işi başlanıb.