RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov Zaporojye AES barədə: MAQATE ilə əlaqələr davam edir

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, əsas "Ukrayna silahlı qüvvələri tərəfindən ZAES-in ərazilərinin atəşə tutulmasını" dayandırmaqdır.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını (ZAES) atəşə tutmasının dayandırılması ilə bağlı MAQATE ilə əlaqələr davam edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ZAES ətrafında yaranmış vəziyyətdən danışarkən bildirib.
"Bu mövzuda deyə biləcəyim yeganə şey odur ki, biz MAQATE ilə əlaqələrimizi davam etdiririk və bundan sonra da davam etdirəcəyik", - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, əsas, "Ukrayna silahlı qüvvələri tərəfindən ZAES-in ərazilərininin atəşə tutulmasını" dayandırmaqdır.